16/04/2013

"Rəqəmsal gələcəyə daha çox diqqət kəsilməliyik"




http://www.guardian.co.uk.
Köhnədən yeniyə THE GUARDIAN.

Guardian qəzetinin bu məqaləsini incələyərkən qarşıma bunlar çıxdı:
1-Diqqət çəkən xəbər başlıqları
2-Peşəkar fotoqraf işi
3-Ənənələri olan jurnalistika məktəbi
4-Güclü komanda və də sonsuz sayda belə müddəlar


http://www.guardian.co.uk
The Guardian -yeni media strategiyasi: Hər qəzet rəqəmsal gələcəyə doğru səyahət edir. Bu ənənəvi mətbuatdan imtina edəcəyik mənasına gəlmir. Ancaq rəqəmsal gələcəyə daha çox diqqət kəsilməliyik.Sitat-Alan Rusbridger-The Guardian. Rəqəmsal xəbərçiliklə USA bazarına da girməyə hazırlanan "guardian.co.uk"adresindəki internet versiyasında aylıq 50 miliyon ,günlük 2.8 miliyon istifadəçiyə çatdığı müəyyən olunub.
Guardian -in web saytını Mart 2012-ci ildən bu yana 4 milyondan çox istifadəçi click edir. 
Guardian qəzetinin kağız versiyasının Mart ayındakı tirajı isə 215 mindir.


Guardian fərqli platformalardakı istifadəçilərə xitab edə bilmək üçün müxtəlif tətbiqi sahələr hazırlamiş Android ,WINDOWS ,BLACKBERRY,iPHONE istifadəçiləri qəzeti cihazlarından izləyə bilirlər. Guardian rəqəmsal strategiya tətbiqində Açıq Jurnalistika (Open journalism) adlı layihəni tətbiq etdi.Bununla oxuyucular xəbərin bir növ hazırlanması mərhələsinə kömək etmiş olurlar.Açiq Jurnalistika ilə oxuyucular:
1-Yazılan xəbərlərə əlavələr edə bilirlər
2-Manşetlərin necə hazırlandığını incələyirlər
www.google.com
3-Şəkillərini bölüşürlər
4-Jurnalistikada yeni yollar kəşf edirlər
5-Redaktorlarla əlaqə qura bilirlər
Guardian oxuyucuları OPEN Newsroom(Açıq Xəbər Mərkəzi) layihəsi ilə müxbirlərin xəbər yazma mərhələsinə kömək edirlər və də oxuyucular rahatlıqla onlarla kontakt qura bilirlər.Guardian 24-25 MART tarixlərində oxuyucularını mərkəz binalarına dəvət etdi.Təxminən 5 min adam Guardian binasını ziyarət etdi,müxbirlərlə görüşdü.




No comments:

Post a Comment