01/10/2013

Biz vicdanlıyıq:Yalnız fikirlərimizi beyinlərə yürütmürük, həmçinin fikirləri beynimizə yeridirik.

Gəlin, birgə müzakirə edək! Biz vicdanlıyıq:Yalnız fikirlərimizi beyinlərə yürütmürük, həmçinin fikirləri beynimizə yeridirik. Yox qəzetçilik heç də yeni mediyadan qorxmamalıdır. Əksinə bunu inkişaf kimi qəbul edib, öz sırasında görməlidir! Ötən gün yeni mediya ilə bağlı maraqlı və son dərəcə düşündürücü məqalə oxudum. Daha doğrusu dərs vaxtı tələbə yoldaşlarımızla birgə oxuduq və bu yalnız oxumqla qalmadı, həmçinin diqqəti cəlb edən məqamların üstündə daha detaylarla dayanmağa məcbur etdi bizi.Kadir Has üniversitetinin yeni mediya bölümü üzrə qurucusu İsmayıl Hakkı Polat yeni mediyanın özəlliklərini təcrübəsinə əsaslanaraq, maraqlı faktlarla bizə çatırdı. O, bir məsələni yaxşı diqqətə çatırdı ki, yeni mediya yalnız kağızdan komputerə keçid deyil. Bizi də bu sözlər düşündürdü və müzakirəmizə elə burdan başladıq. Necə ki, yeni mediya bu deyil?? Basbaya da elə budur. İndi biz onu necə aydınlaşdırdıq?Yeni mediyanı insanlara düzgün başa salmaq lazımdır. yalnız hansısa sayta girmək və aktiv olmaq yeni mediya deyil və yaxud da hansısa məlumatı internetdən götürdüksə bunu yeni mediyanın yaratdığı möcüzə kimi qəbul etmək də lazım deyil . Öncə yeni mediyanın görünmüyən, amma ən əhəmiyyətli tərəfindən danışaq və əvvəlki mətbuatla müqayisə edək.Nəticə anlaşılacaq ki, yeni mediya əslində nədir? Ən sevdiyim və mənə görə jurnalistikada ən diqqətə alınmalı məqam "insan" amildi. Bütün informasiyanı emal edən insandır. Ötürən də insandır, yazan da insandır. Texniki imkanlar arada vasitəçidir. Və bu mətbuatı da inkişaf etirən insandır. Təcrübəyə əsaslanaraq, elə Hakkı Polatın məqaləsinə də söykənərək əminliklə deyə bilərəm ki, insan istədiyi kimi, azad düşünə bilirsə o hər şeyə qadirdir.

Gəlin görək əvvəlki qəzet mətbuatında bu var idi?-Xeyir! Palaz boyda yazılan məqalələr elə yalnız "deyilirdi". Yazan necə istəyir elə də insanların beyninə yeridirdi. Yeni mediya insanlara düşünmə qabilyyəti verir. Özünü tanıma və tanıdığı özünü tədim etmək. Baxın bu zaman insanlarda özünə güvən olur. Çünki o nəsə bacardığını görür və daha yeni ideyalara yol açır özündə. Münasibətlər genişlənir. Sənin fikirlərin müqayisə, müzakirə olunur toplum şəkildə. Əgər əvvəlcə 3-4 dostun sənə şərh verirdisə, indi minlərcə dostlar sənin fikirlərinə münasibət göstərə bilər(bloq) və bununla yanaşı həmçinin taleyini başaqa istiqamətdə dəyişmək imkanı yaradır. İsmayıl bəy "Şəxsiləşdirilmiş qəzetçilik" ideyasını irəli sürür və bu son dərəcə maraqlı bir məqamdır.Yeni mediya yalnız cəmiyyətə nəsə çatırmır, həm də onlardan alır. Məsələn, ictimai sorğu aparırıq və insanların maraq dairəsini, mövzu dairəsini öyrənirik. Düzdür, bu da bizim məqsədimizə xidmət edir. Amma biz vicdanlıyıq axı, yalnız öz istədiyimizi yeritmirik beyinlərə, qarşı tərəfin nə istədiyini bilib yormadan ona lazım olanı veririk. Sözsüz bunun da siyasi tərəfləri var. Amma bu normaldır. Əsas olan nəticədir. Bu məqalədən sonra interneti i açdım və izləməyə başladım. Mənə lazım olanları götürdüm, lazım olmayanları isə düyməni basıb "çıxış: etdim. İndi beynim rahatdır, çox şey düşünmürəm, çünki mənə lazım olanlar aydındır.

No comments:

Post a Comment