Olur
bəzən belə, cansızlar da ölür hərdən...
Bu
bloq yarananda hər kəs məcburiyyətdən və qiymət almaq üçün yazılar yerləşdirməyə
çalışırdı. Hər kəs bizim müəlliməmizə-Səbinə xanıma-daha da maraqlı bloq təqdim
etmək istəyirdi. İndi isə heç kim heç nə yazmır, unudulub ünvan, qiymətlər və
itib maraq. Həyatımızda nəyisə itirəndə üzülürük və mən bu gün fikirləşdim ki,
bizim bloq bizi itirməklə üzülüb. İnsan olsaydı, dili olsaydı bəlkə özü bizi
çağırardı, amma bu mümkün deyil.
Görəsən
bu yazını oxuyanlar baş açdılarmı sözlərimdən? Demək istədiyim odur ki, bu bloq
bir uşaq kimi idi, biz onu öz yazılarımızla böyüdürdük və indi onu atıb gedirik.
Hər birimizin öz problemləri, işi və qayğıları var, amma o demək deyil ki, ayda
bir yazı yazıb yerləşdirməyə vaxt tapmayaq. Bir bloq yaradılıbsa, onun yaşamağa
haqqı var, o bir insana oxşar. Çox istərdim ki, bu bloq yaşasın...
Azərbaycan
dilində yazdığım ilk bloq, yəqin ki çox səhflər daşıyır, yenə də mən bu yazını istədim doğma dilimdə yazım.
şəkil- https://www.google.az/imghp?hl=ru&tab=wi vasitəsi ilə tapılıb.
şəkil- https://www.google.az/imghp?hl=ru&tab=wi vasitəsi ilə tapılıb.
Əzizim Fərdiə, məni lap kövrəltdin bu yazınla. Düz deyirsən, mən bu bloqu sizin üçün açdım və hər birinizi buradan izləmək istəyirəm. Bu yazıdan sonra inanıram ki, tələbələr bloqu və birlikdə keçirdiyimiz bir semestri unutmayacaq. Bir daha təşəkkür edirəm. Və yazılarınızı gözləyirəm.
ReplyDeletedurnaya privichka pisat na azerbaydjanskom u teba)
ReplyDelete