Qəzet tarixə dönəcəkmi? Bu sual media nümayəndələri arasında hələ müzakirə olunsa da fikrimcə, qəzet artıq tarixdir. Çünki 2013-cü ildə gündəlik qəzet oxuyan adam tapmaq təxminən yadplanetli görmək kimi bir şeydi. Və hələ də gündəlik ənənəvi qəzetlərin vacib olduğu, oxunduğu barədə mübahisələr artıq yorucudur.
Bəs gələcək qəzetlər necə olacaq, kağız tamamilə tarixə dönəcəkmi? Bu günlərdə “Yeni Media” dərsində müəllimimiz Səbinə İzzətli bizə bir kitab məsləhət gördü. “Yeni İlteşim teknolojileri ve Medya” adlı kitabda müxtəlif məqalələr oxuya bilərsiniz. Kitabda medianın gələcək imkanlarından bəhs edilir.
“Medya ve internet: McLuhan’dan Negroponte’ye” (s.113) adlı məqalədə qəzetlərin gələcəyindən bəhs olunur və qəzetlərin artıq elektron kağızlarda çıxacağı zamanın çox uzaqda olmadığı qeyd olunur. Qəzet tarixə dönəcək yoxsa yeni imkanlarla inkişaf edəcək? Yazıda gələcəyin qəzeti necə olacaq? sualına cavab axtarılır. Məqalədə ən çox xoşuma gələn məqam qəzetin mahiyyəti ilə bağlı fikirlər oldu. “Qəzeti qəzet edən nədir? Onun kağız olmasımı?!”
Gələcək qəzetlərin artıq rəqəmsal kağızlarda olacağından bəhs edən müəllif bu barədə təsəvvür yaratmaq üçün Stiven Spilberqin “Azlığın hesabatı” (Minority report) filmində cinayətkar kimi axtarılan-aktyor Tom Krusun canlandırdığı Con Andertonun metroda getdiyi anı misal gətirir. Metroda hər kəs qəzet oxuyur və bu adi kağız yox, rəqəmsal kağızlardır. Xəbərlər hər an yenilənir.
Filmə baxarkən atılan twitlərdən |
Növbəti dərsdə bu filmə baxdıq, müzakirə etdik. Əvvəllər belə filmlərə baxıb, “əşşi fantastikdi” deyib keçərdim. Bu dərsdən sonra yeni yanaşma formalaşdı məndə. Filmi çox bəyəndim, siz də baxıb (əgər indiyə qədər baxmamısınızsa) fikirlərinizi yaza bilərsiniz :)
"Minorty report"
"Cinayətsiz bir dünya düşün!"
Cinayətsiz bir dünya düşün. Bütün cinayətlər edilməmişdən qabaq xüsusi ən yeni texnologiyalarla öyrənilir və qarşısı alınır. Hələlik-2013-cü ildə bu mümkün deyil, lakin rejissor Stiven Spilberqin “Azlığın hesabatı” (Minority report) filmində bunun necə olacağı barədə təsəvvürünüz yarana bilər. Filmdə hadisələr gələcəkdə-2057-ci ildə baş verir. Kolumbiya dairəsində tətbiq edilən cinayət öncəsi tədbirlər çox insanın həyatını xilas edib. Törədiləcək cinayətlər ətrafdan təcrid edilmiş 3 öncəgörən (precog) tərəfindən görülür. Cinayətöncəsi departamentinin komandası da bu cinayətlərin qarşısını tam törədiləcək məqamda alır və gələcək cinayətkarlar həbs olunur. Lakin filmin gedişində belə bir sual ortaya çıxır, insanın seçim imkanı yoxdurmu?! Bəlkə son məqamda cinayət baş verməyəcəkdi? Hökumətin vətəndaşların həyatının hər anını nəzarət altında saxlamağa nə qədər haqqı var? Filmə baxıb bu suallara münasibəti görə bilərsiniz.
Filmdə ən çox xoşuma gələn ifadələri qeyd etdim:
"Hər kəs qaçar!"
“Cinayətsiz bir dünya düşün!”
"Korlar ölkəsində tək gözlü adam kraldır!"
"Elm möcüzələrimizin çoxunu əlimizdən aldı, lakin
digər tərəfdən də bizə ümid verdi."
"Keçmişi qurcalasanız, pisliyi bulaşıcakdır."
"Heç kimə güvənmə, heç kimə güvənməməlisən."
"Seçim sənindir və sadəcə sən öz gələcəyini dəyişdirə
bilərsən."
Səmra SƏDRƏDDİNLİ
Səmra SƏDRƏDDİNLİ
No comments:
Post a Comment