17/04/2013

İnternet doqma deyil


photo www.milli.az 
www.milli.azwww.milli.a
Bəzən sosial şəbəkələrdə verilən xəbərlərə gözüyumulu inanırıq.Bunun səbəbini soruşduqda isə bu xəbəri artıq bir neçə saytda görmüşük və ya həmişə xəbərləri bu saytdan əldə edirəmkimi fikirlər söyləyirlər.
Amma yaddan çıxartmayaqki bu informasiyaları hazırlayanlar da bizlərdən biridir.Buna görə də aşağıdakı kimi  səhvlər qaçılmazdır:
Milli.Az
`İL FOGİO` Qəzeti Mehriban Əliyevadan üzr istəyib `İl Foglio` qəzeti yalan məlumat yaydığına görə prezident İlham Əliyevdən, xanımı Mehriban Əliyevadan və Azərbaycan xalqından üzr istəyib “İl Foglio” qəzeti yalan məlumat yaydığına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, prezident İlham Əliyevdən və bütün Azərbaycan xalqından üzr istəyib. APA-nın “İl Foglio” qəzetinin rəsmi saytına istinadən yaydığı məlumata görə, qəzetdə dərc olunan “Bakıdan çox-çox üzr istəyirik” başlıqlı yazıda bildirilir ki, dekabrın 3-də Azərbaycanın birinci xanımı barədə dərc olunan yalan informasiya qeyri-ciddi xarakter daşıyır: “Biz WikiLeaks saytından təsdiqlənməyən informasiyanı istifadə etməklə diqqətsizlik etmişik. Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edir və üzrxahlıqla bu təkzibi dərc edirik. Əminik ki, Azərbaycan və italyan xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibətlər və simpatiya bir saniyə belə bu jurnalist səhvindən zərər görməyəcək”. Təkzibi http://www.ilfoglio.it/soloqui/7167 elektron ünvanında oxumaq mümkündür. Qeyd edək ki, Azərbaycan Respublikasının birinci xanımının Protokol xidməti “İl Foglio” qəzetində yayımlanan materialın həqiqətə uyğun olmadığını bildirmiş və qəzetin dərhal təkzib verməsini tələb etmişdi.

Tapılan informasiya yalnış ola bilər.
Uşaqla bağlı hər hansı problemi çözmək üçün valideynlər çox zaman internetə üz tuturlar.
Lakin pediatrlar xəbərdarlıq edirlər: tapılan informasiya yalnış ola bilər. Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, doktor Reyçel Munun başçılıq etdiyi araşdırma qrupu uşağın yuxuda olarkən təhlükəsizliyi ilə bağlı axtarış zamanı tapılan "məsləhət"ləri oxuyublar, sonra da həmin informasiyanı rəsmi məsləhətlə müqayisə ediblər. Məlum olub ki, internetdə uşaqlarla bağlı məlumatların yalnız 43,5 faizi doğrudur. İnformasiyaların 25 faizi aşkar yalan, 28,1 faizi isə yalnış olub. Alimlər qeyri-relevant saytları axtarışdan kənarlaşdırandan sonra aydın olub ki, internet portallardakı məlumatların 39,2 faizi valideynlərə yalnış informasiya verir. Dövlət qurumlarının saytlarında uşaqların sağlamlığı ilə bağlı informasiyaların 80,1 faizi doğrudur. Bloqlar və müxtəlif saytlardakı məlumatların 30,9 faizi isə aşkar şəkildə yalnış olub. Valideynlər üçün nəzərdə tutulmuş belə səhih olmayan məsləhətlər uşağın səhhətinə ziyan olmaqla yanaşı, uşağı öldürə bilər. Valideynlərin 72 faizi hələ də internetdə tapdıqları məsləhət və informasiyalara inanırlar.

No comments:

Post a Comment