image:www.azadliq.info.com image:facebook |
Bəlli olduğu kimi, seçkidən dərhal sonra hakimiyyətin “Azadlıq” qəzetinə qarşı total hücumu başlayıb. Qəzetin bank hesabı dondurulub, məhkəmə bütün yayım firmalarına “Azadlıq” qəzetinə hər hansı ödəniş həyata keçirməyi qadağan edib. 65
minlik məhkəmə cəriməsinin dərhal ödənilməsi tələb olunur. “Qasid” yayım firmasının qəzetə borcu 57 min manat təşkil edir. “Azərbaycan” Nəşriyyatına qəzetin borcu
noyabrın əvvəllərinə qədər 24 min manatı keçmişdi. “Azadlıq” tələb olunan məbləği ödəyə bilmədiyindən Nəşriyyat qəzetin çapını dayandırdı. Belə bir ağır durumda kollektiv yardım üçün ictimaiyyətə müraciət etdi, marafon keçirildi.
image: www.azadliq.info.com “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, yardım kampaniyası çərçivəsində 20 min manat məbləğində maliyyə vəsaiti toplanıb. Bu vəsaitin 14 min manatı Nəşriyyata ödənildikdən sonra qəzetin çapına imkan verildi. Qalan 6 min manat redaksiyanın kollektivə olan böyük məbləğdə borcunun qismən ödənilməsinə sərf edildi. |
Noyabrın 17-də Azad Gənclik Təşkilatı «Azadlıq» qəzetinə dəstək flashmobu keçirib.
Gənclər Bakının Nəriman Nərimanov parkında «Azadlıq» qəzetinin ilk saylarını oxumaqla ətrafdakıların diqqətini çəkməyə çalışıblar. Flahsmobu onlarla adam izləyib. Azad Gənclik Təşkilatının idarə heyətinin üzvü Orxan Rüstəmzadə "Azadlıq" radiosuna bildirib ki, «Azadlıq» qəzetinin son vaxtlar yaşadığı maliyyə sıxıntılara görə belə bir dəstək flaşmobu keçirirlər. Təşkilatın digər üzvü Xəyal Kərimli köhnə qəzetlərlə flashmob keçirməyin xüsusi maraq yaratdığını deyir: «Düşündük ki, qəzet, kitab flashmobları həmişə keçirilir, amma hər dəfə ötən dəfəkinin təkrarı kimi görünür. Flashmobu daha maraqlı etmək üçün «Azadlıq» qəzetinin ilk saylarından istifadə etməyi qərara aldıq. Gözlədiyimiz kimi maraqlı alındı. Parkda gəzən insanlar bizə yaxınlaşıb əlimizdəki qəzeti alıb oxumaq istəyirdilər».

Добавьте подпись |
wekillerin bu cur siralanmasi texniki qusurlardan baw verib
ReplyDeleteqrup iwidi.. Nayka, Kama, Gunew, Turkan, Ilaxa