08/05/2013

Yeni media və ənənəvi media

Yeni media dedikde daha çox ağla gələn internet, fərqli düşüncə tərzi, fərqli ünsiyyət və.s olur. Yeni media özündə yeniliklərlə bərabər hətda ənənnəvi medianın özəllikllərini də saxlayır, inkişaf etdirir və bu səbəbdəndir ki, dünyada eləcə də ölkəmizdə yeni media və gündən günə inkişaf edir.
www.google.az

 
Bütün dünyada olduğu kimi ölkəmizdə də son zamanlar Medianın vəziyyəti haqqında çox yazılar yazılır, fikirlər söylənilir. Bu gün ən aktual mövzulardan biri isə yeni media mövzusudur. Belə ki, bəzi media mütəxəssisləri eləcə də adi insanlar yeni medianən daha da inkişaf etdiyini və artıq köhnə media ənənələrinin tezliklə sıradan çıxacağını bildirirlər.Əlbətdə ki buna qərar vermək hələ tezdir. Əgər tarixə nəzər salsaq görərərik ki, media haqqında əvvəlcədən verilmiş proqnozlar heç bir zaman düzgün çıxmayıb. Dünyada ilk dəfə radio yarandığı zaman bəzi media mütəxəssisləri qazetlərin artıq arada çıxacağını bildirmişdilər. İlk telviziya yarandıqda isə radio dövrünün bitəcəyi gözlənilirdi. Lakin bu gözləntilərin he bir baş tutmdı. Əksinə hər biri digəri ilə rəqabətə girdi. Unutmaq olmaz ki 17.ci əsrdə yaranmasa baxmayaraq hal hazırda bütün dünyada hər gün milyonlarla qazet çap olunur.

Bu gün Yeni media dedikde ilk ağla gələn soial şəbəkələr  olur ki, bunlardan da ən çox inkişaf edəni "facebook" dur. Əlbətdə ki, yeni medianın "informasiya silahları yalnz bununla kifaətlənmir.  Artıq ölkəmizdə və dünyada minlərlə informasiya agentliyikləri, xəbər portalları faliyyət göstərir ki, buda yeni medianın daha da inkişaf etməsinə və operativ faliyyətinə şərait yaradır.  Buna misal olaraq "ərəb baharı" zamanı  yeni media orqanllarının aktivliyini və operativliyini göstərmək olar. Bundan əlavə Sosial medianın qarşısını almaq mümkün deyil. Yenə misal olaraq Ərəb ölkələrində baş verən üsyanları misal göstərmək olar. Hər kəsə məlumdur ki, Misirdə üsyanlar baş verən zaman Hüsnü Mübarək ölkədə interneti məhdudlaşdırdı və digər ölkələrə informasiya yayılmasının qarşısını aldı. Lakin bu hal yalnızca bir gün davam etdi ki, sonda tivitter sosial şəbəkəsi buna qarşılıq olaraq insanların telfonlarına sms göndərərək onlardan ölkədə baş verənlər haqqında videoların göndərilməsini xaiş etdi və bununla Misirdə baş verənlər bütün dünyaya çatdırıldı. Bu hal sosial media sərhədlərinin geniş olduğunun ən bariz nümunəsi ola bilər.   Yuxarıda qeyd etdiyimiz kimi yeni media nə qədər inkişaf etsədə köhnə media ənənələrini aradan çıxarmağı bacarmır.  Bu isə əlbətdə ki, ənənəvi medianın hələdə radio, televiziya, qazet kimi çox güclü dayaqlarının olması ilə bağlıdır.  Maraqlısı budur ki hələdə insanlar informasiya qəbulu zamanı köhnə mediyaya daha çox etibar edirlər. Bu isə bəzən yeni media qaynaqlarında informasiyaların yalnış ötürülməsi ilə bağlıdır. 
           
 

2 comments:

  1. cox sagol Togrul imtahana hazirlawanda komek oldu) tewekkur..

    ReplyDelete
  2. cox sagol Togrul imtahana hazirlawanda komek oldu) tewekkur..

    ReplyDelete