Bakı Slavyan Universiteti, Jurnalistika fakültəsi, Yeni media və Kommunikasiya Texnologiyaları kafedrası Bakalavr Proqramı, Yeni mediaya giriş dərsini alan AJ 408 və RJ 407 IV kurs tələbələrin həftəlik araşdırma bloq yazılarını oxucularla paylaşdıqları kollektiv bloqdur. Bloqda dərslə bağlı müzakirə və şərhlər yer alır.
İnternet ənənəvi cinayətlərin işlənilməsində yeni bir vasitəyə çevrilməsi ilə yanaşı ,fərqli cinayət tiplərinin ortaya çıxmasına səbəb olmuşdur. ETT-nin yaratdığı ,adına kiberdünya dediyimiz bu dünyada məsafələr qalxmış,ölkələr arasında var olan sərhədlər yox olmuş,bunun nəticəsi olaraq da bu günkü dünyadan fərqli bir dünya meydana gəlmişdir. Bu dünya çox yenidir və milyonlarca ilə ehtiyac duyulmadan ,son dərəcə qısa bir zamanda yaranmışdır. Bu dünyanın üzvü olmaq üçün hər hansı sənədə,ölkələr arasında dolaşmaq üçün isə vəsiqəyə ehtiyac yoxdur. Kompüter və modemə sahib olmaq yetərlidir. Hər keçən gün bu dünyaya daxil olanların sayı artmaqda və bu artımda təbii olaraq bəzi problemlər gətirməkdədir. Bu dünyada yaxşılar qədər pislər də yer almaqdadır. Hər kəşf olunan şey başlanğıcda insanın xeyri üçün düşünülür,hazırlandıqdan sonra isə onların istifadəsinə verilir. Amma pislər də yaxşıların sahib olduqlarından bəd əməllər üçün istifadə etmək yolunu tuturlar. Kiber yaxşılar qədər ,kiber pislər də kiber dünyada yerlərini aldılar və önəmli rol oynamağa başladılar.
www.google.images
Bir çox terror təşkilatı internet üzərindən təbliğat başda olmaq üzərə ,partlayıcı maddə istehsalı ,terroristlərin təşkilatlanmsı kimi illegal fəaliyyət icra etməkdədir. Kiber dünyada şəxsiyyətlərini gizlədərək ikinci mən adı altında fəaliyyət göstərənlər də var.Digər bir qrup insanlar isə həqiqi kimliklərini gizlətmədən kiber dünyaya daxil olur,açıq şəkildə şəxsi fotolarını ,məlumatlarını paylaşırlar. İkinci mənlər rahatlıqla həmin bir qrup insanın etimadını qazanır,onların kiber hətta real dünyalarına daxil olurlar. Sonrasında isə təhdidlər,təzyiqlər,əxlaqsız təkliflər özünü göstərir.
2012-ci il oktyabrın 10 -u Amanda Todds,Kanada -Kiber dünyanı reallığa çevirdiyinə ,şəxsi informasiyalarını paylaşdığına görə intihar etdi. Çünki aşalanmış bütün dostlarını ,mühitini itirmişdi.İntihar etməmişdən öncə video hazırladı bəlkə bu kiber təhlükəsizlik sahəsində onun edə biləcəyi son səsləniş ola bilərdi.
Müstəqil vəkil deyir-Fikirləşirəm ki hər kəs kiber evini qorumalıdır.Porn görüntünün bir formasıdır ,bu da gəncliyin mədəniyyətinə negativ təsir göstərir.Hesablamalara görə dünyada porndan 100 milyard dollar,uşaq pornundan isə 20 milyard gəlir eldə edilir.Bundan da ikinci mənlər şəxsi maraqlarına görə insanların kiber dünyasından real dünyasına daxil olaraq onların informasiyalarını istədikləri kimi istifadə edirlər.
United Nation-un hesablamalarına görə təkcə USA da iki gənc qızda eyni aqibəti yaşamış intihar etmişdi.
Təhlükəsizliyimizi qorumasaq kim bilir nə qədər Amanda Toddlar meydana gələcək.
No comments:
Post a Comment