10/03/2013

Yeni mediada '' Plüralizm''

Photo credit:  www.armradio.am
















Bu gün yeni media həqiqətin əldə edilməsi üçün ''plüralizm''  mexanizmini  işə salır !
''Yeni media bu sahədə mənbələrlə düzgün işməyi və fakta istinadı  ən vacib alət bilir''


Bu alətlərdən istifadə yolu ilə fikir plüralizmini aşağıdakı yollarla qorumalıyıq:

-Media plüarizminin internetin vacib rol oynadığı demokratik cəmiyyətin mövcudluğu üçün başlıca dəyər və ən vacib şərt olduğunu vurğulayır;
-İfadə azadlığı hüququn yalnız ənənəvi ünsiyyət vasitələrinə deyil, həmçinin İnternet də daxil olmaqla yeni mediaya da şamil edildiyini vurğulayır. Bu hüququn hər hansı bir şəkildə məhdudlaşdırılması və ya qadağan edilməsi yalnız demokratik cəmiyyətdə zəruri bir hal kimi ictimai marağın qorunması halında, qanunla müəyyən edildikdə və uyğun bir tərzdə əsaslandırıla bilər



Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Sabir Məmmədli müasir mətbuatın durumu, fikir və söz azadlığı, medianın müxtəlif sahələrindən danışarkən qeyd edir ki:
                               
Photo credit: Centre for Media Pluralism and Media Freedom 
 ''Bütün sanballı tədqiqatların müəllifləri həmişə xüsusi olaraq vurğulayırlar ki, hər bir ölkənin, cəmiyyətin mediası həmincəmiyyətin bütün naxışlarını, bütün çalarlarını özündə əks etdirir.istər siyasi, istərsə  iqtisadi cəhətdən. Cəmiyyətdə hansı vəziyyət mövcuddursa, o özünü mətbuatda göstərir. Mətbuatın öz strukturunu, meyarlarını, fəaliyyət prinsiplərini sırf cəmiyyətmüəyyənləşdirir.Mediamız, əlbəttə ki, birrəngli deyil  ola da bilməz. Cəmiyyətimizdə olan çoxrənglilik, bəzən  ziddiyyətlər bugün mediamızda da özünü göstərir. Çap mediası Azərbaycanda kifayət qədər yaxşı inkişaf edib. Fakt faktlığında qalır ki, bu günqəzetlərdə istənilən fikri söyləmək olur, bunun üçün Azərbaycanda tribuna tapmaq mümkündür. Çap mətbuatında kifayət qədərsərbəstlik var. Amma fikrimcə, elektron informasiya mənbələrində müəyyən qədər məhdudluq diqqəti çəkir...''
        
Hazırda Avropa ölkələrində müxtəlif qrupların ianəsi ilə fəaliyyət göstərən media forumlar vardır ki, yalnız azad media plüralizminə xidmət edir.Onlara misal aşağıdakı forumları göstərə bilərik.




New Media Pluralism Forum artıq 20 ildir ki, Azərbaycanı demokratik plüralizm və media azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün səylərini davam etdirir.Bundan başqa son illər ərzində bununla bağlı Avropanın  Centre for Media Pluralism and Media Freedom (CMPF) adlı qurumu öz fəaliyyətini məhz bu istiqamətə yönləndirib.Qurumun əsas çağırışları bunlardır:


·         Freedom of expression and the right to information in Europe: national, EU and international legal frameworks, case-law and practices.

·         Diversity of content and information sources.

·         Impact of new technologies, new media and new business models on media freedom and journalistic activities on the one side and on pluralism, governance and competition on the other.

·         Media accountability, ethics and trust in journalism including news media professionals’ rights and quality journalism.

·         Governance of publishing and journalistic activities, including codes of conduct for journalists.

·         Media markets structure and the economics of media pluralism.



Yeni mediaya plüralizm meyilləri 2011-ci ilin iyun ayının 3-də Vyanada keçirilmiş konfransdan sonra daha sürətlə axışmağa başladı.      

Həmin konfransdan olan video çarxı sizə təqdim edirik.






No comments:

Post a Comment