Foto: Google image |
Bloqlar yeni kütləvi informasiya vasitəsidir. Klassik KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər.
ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə Livejournal.com bloq saytının www.ottenki-serogo.livejournal.com səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunmuşdur. Verilən lisenziyaya əsasən, bloqçu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər .
Bloqların KİV kimi qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına səbəb olur. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) "Hökumət və bloqçular arasında siçan-pişik oyunu" başlığı altında geniş müzakirə olunub.
Azərbaycanda bloq
Hazırda Azərbaycanda minlərlə bloq aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması BarKamp tədbirlərindən sonra daha da sürətlənmişdir. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluq və media ilə bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur. Belə ki, Google və Mərkəzi Avropa Universitetinin birgə təşkil etdiyi "Azadlıqda İnternet 2010" adlı tədbirdə (20-22 sentyabr, 2010, Budapeşt, Macarıstan) ATƏT-dən olan nümayəndə Dunja Mijatovic Azərbaycanda bloqçuluq və medianın sıxılması barədə fikir bildirmişdi.
Azərbaycanda hal-hazırda ən çox oxunan bloqlar :
1.Emin Millinin bloqu
2.İlqar Məmmədovun bloqu
3.Etibar Salmanlının bloqu
4.Əli Novruzovun bloqu
5.Turxan Qarışqanın bloqu
6.Erkin Qədirlinin bloqu
7.Ülvi Həsənlinin bloqu
8.Ruslan Əsədin bloqu
9.Zaur Qurbanlının bloqu və s.
2011-ci ilin aprel ayında Azadlıq.info saytında Azərbaycanın ən yaxşı bloqları adlı məqalə dərc olunub və burada fərqli yazı üslubuna malik bloqçuların adları qeyd olunub.
Əli S.Novruzov kimi tanınan məşhur bloggerin Azərbaycanda bloqçuluq fəaliyyəti ilə məşğul olan bəzi insanlar haqqında fikirlərini buradan izləyə bilərsiniz.
Bloqlar kütləvi informasiya vasitələri ilə sıx əlaqədədir. Buna misal kimi Həbib Müntəzir adı ilə tanınan bir gəncin bloqunu göstərmək olar - Həbib Müntəzirin bloqu
P.S Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloqlarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.
Rüfət, təşəkkür edirəm. Maraqlı idi oxumaq, mən admin haqlarıma sığınaraq sənin postunda şrifti böyütdüm bir az. Bilirəm, sən özün kiçik şriftlə yazmaq istədin. Burada gəl kollektivi nəzərə alaq:) Və əlbəttə ki, zəif gözləri düşünərək bu belə edək:)Anlayışın üçün təşəkkür edirəm! Və bloq postların davamı gəlsin.
ReplyDelete