Foto mənbə: www.halkinhabercisi.com |
Qadınların kişilərlə bərabər hüquqlu olmaq
yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın
Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı
maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz
olaraq tətil etməsi qəbul edilir.
Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı.
Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , ölkəmizdə və inkişaf etməkdə olan digər ölkələrdə qadın hüquqlarına münasibət istənilən səviyyədə deyil.

Bəs sosial mediada qadın hüqüqlarının müdafiə olunması
üçün hansı tədbirlər təşkil edilir?
14 fevral 2013-cü il 1 milyard qadın “Strike I dance I
rise” adlı kompaniyaya qoşuldu. Bu kompaniyanın da əsası yeni mediada
qoyulmuşdu. Məqsəd sərhədsiz qadınlara qarşı hər cür zorakılıq və şiddətə rəqs
edərək etiraz etmək idi.
Digər bir kompaniya Türkiyədə başladılan
şiddətə qarşı 100 min sms kompaniyasıdır. Hər sms-in qiyməti 5 TL (təxminən 2.5 AZN) müəyyənləşdirilmişdi
ki, bu da həmin qadınlara yardım üçün nəzərdə tutulmuşdu.
P.S: Unutmayaq ki, görüntülər bu cür də ola bilərdi.(video)
Bloq postu hazırladı:
Safura Məlikova
Sona Tağıyeva
Zeynəb Əliyeva
Leyla Babayeva
Hüseyn Eynullayev
Aynur Nəbili
Bu qrup işini izləmək də maraqlı idi. Problem onda idi ki, mövzudan çox yayınırdınız. Siz normalda sosial mediada təşkil olunan kampaniyalardan yazacaqdınız. Bir nümunə üzərindən getməyiniz gözəldir, amma daha detallı olsanız maraqlı olardı. Daha çox təşkilatlanma prosesi və reaksiyalarla bağlı oxumaq maraqlı olardı. Bu sizin ilk bloq postunuzdur, bu mənada təbrik edirəm və ardı gəlsin.
ReplyDelete