Aksiyanın fotosu: www.facebook.com |
27 Fevral-Azərbaycan tələbələrinin
boykot günüdür. Boykot Facebookda “event” (tədbir) şəklində təşkil olunub.
Facebookda bu tədbir fevral ayının 17-də yaradılıb. Təşkilatçılar həmin gün
tələbələri dərsə getməməyə çağırıb. Məqsəd Azərbaycanın təhsil sistemindəki
nöqsanları ictimaiyyətə çatdırmaq və buna etiraz etməkdir. Təşkilatçılar
Facebookda özlerini Su Münzevi, Saygin Rustam və Dec Cal kimi təqdim edən üç
nəfərdir. Onlar hesab edirlər ki, Azərbaycanda təhsildə tətbiq olunan Boloniya
sistemi özünü doğrultmur. Və düşünürlər ki, buna qarşı dinc etiraz forması daha
düzgündür. Bununla yanaşı təhsil müəssələrindəki haqsızlıq, rüşvətxorluq və.s.
məsələlər də etiraza səbəb kimi göstərilir. Facebook səhifəsində olan son
göstəricilərə görə tədbirə 29.559 nəfər dəvət olunub. Və bunlardan yalnız 3.322
adam iştirak edəcəyini təsdiqləyib. Tədbiri təşkil edənlərdən biri Saygın
Rüstəm boykot barədə:
Aksiyanın Facebook səhifə görüntüsü |
“Dostluğumuzda maksimum 200 nəfər adam olmasına rəğmən, bir neçə saat ərzində
iştirakını təsdiqləyənlərin sayı mini keçmişdi. Bu onu göstərir ki, tədbirə
maraq böyükdür. Düşündük ki, qarşımızda on gün var, bu müddət aksiyanı yaymağa
yetər. Dərsə getməyən tələbəyə kim nə deyə bilər?! Üstəgəl hər kəs sözünü bir
deyirsə.”
Amma təşkilatçı deyir ki, bir-neçə
gündən sonra onların əleyhlərinə kampaniya başladı:
“Əvvəlcə Təhsil Nazirliyi,
sonra YAP partiyasının bir-iki “kuklası” media vasitəsiylə adımıza yamaq qoydu.
Bundan əlavə, görün bizim bu boykot nə qədər vahiməli görünübsə yuxarlardan
universitet dekanlarına əmr gəlib ki, uşaqları sıxışdırın. Tələbələri
gəlməyəcəkləri təqdirdə cəzalandırılacaqları deyilmişdi.”
Aksiya ilə bağlı fərqli düşünən
tələbələr də var. Müzakirələrdən belə məlum olur ki, aksiyaya bilib
qoşulmayanlar öz universitetlərindən razıdırlar, ya da bu aksiyanı faydasız
hesab edirlər.
Bütün təzyiqlərə rəğmən, təşkilatçılar
hesab edir ki, aksiya baş tutub. Tələbələrə təzyiq olacağı təqdirdə boykotun
müddətsiz davam edəcəyini deyirlər.
Aksiyanın
tələbləri:
- Təhsildə
rüşvətə köklü və birdəfəlik son qoyulsun;
- Cavan kadrlar
müəllim kimi işə cəlb olunsun;
- Tələbələrin
təkcə nəzəri deyil, eyni zamanda real və effektiv praktiki biliklərə
yiyələnməsinə şərait yaradılsın;
- Tələbələrin
işlə təmin olunmasına dair effektiv universitet daxili mərkəzlər istifadəyə
verilsin;
- Dövlət
sifarişli qəbul yerlərinin azalması tendensiyası dayandırılsın, təhsil haqları
maksimum azaldılsın; (Bir halda ki, iqtisadi inkişafdan danışırsınız)
- Nisbətən
ağırlıqlı dərslər ilk kursların proqramına daxil edilsin. (Tələbəni kəsməyə
deyil, tələbəyə təhsil verməyə istiqamətlənmiş bir sistem istəyirik)”
Bloq postu hazırladı:
Səmra Sədrəddinli
Aysel Qənbərova
Məltəm Talıbzadə
Toğrul Məmmədli
Nigar Hüseynova
Cəmil Rizvanov
Kənan Sadıqov
Yaziyla raziyam ona gore ki tehsil sisteminde olan qaydalar ozunu dogrultmur , eynile baloniya sistemindeki qaydalar kimi , razi deyilem ona gore ki Azerbaycanda telebeler hele tehsil sistemi ile bagle her hansi bir aksiya kecirmeye hazir eziyyetde deyiller ,ona gore istenilen netice alinmir , bir sozle dilde var emelde yoxdu !
ReplyDeleteMaraqlı bir mövzuya toxunmusunuz. Qrupun əlinə sağlıq!
ReplyDeleteÇox az vaxt verilmişdi bu postu hazırlamağa, bir dərsə ilk bloq postunu yerləşdirə bildiyiniz üçün təbrik edirəm sizi. Ardı gəlsin. Daha dinamik və vizual postlar gözləyirəm.