Showing posts with label Bloq. Show all posts
Showing posts with label Bloq. Show all posts

03/03/2013

Azərbaycanda aktiv bloqçular

Foto: Google image
Bloq — şəbəkə jurnalı və ya hadisələr gündəliyi, fərdi jurnal , informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır.
Bloqlar yeni kütləvi informasiya vasitəsidir. Klassik KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər.