Showing posts with label Azərbaycan. Show all posts
Showing posts with label Azərbaycan. Show all posts

03/03/2013

Azərbaycanda aktiv bloqçular

Foto: Google image
Bloq — şəbəkə jurnalı və ya hadisələr gündəliyi, fərdi jurnal , informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır.
Bloqlar yeni kütləvi informasiya vasitəsidir. Klassik KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər.


27/02/2013

'' Xocalı faciəsi dünya mediasının gözü ilə''



Turkish and Azeri flags are waved in Ankara in memory of the 20th anniversary of an attack on Khojaly in 1994 (26 Feb 2012) Xocalı faciəsindən 21 il ötür. Artıq 21 ildir ki, Azərbaycan Xocalı faciəsi barəsində dünya ictimaiyyətinə səslənir. Dünya ictimaiyyəti isə , öz növbəsində haqlı harayına cavab gözləyir. Təcavüzkarların cəzalandırılmasını tələb edir.                                      
Dünya ölkələrinin mediasında bu faciəyə baxışlar müxtəlifdir.

BBC News :
 ''Azeris around the world have been remembering the 20th anniversary of the bloodiest episode in their country's recent history, when Azerbaijan says more than 600 civilians, including women and children, were killed.''


Türkiyə mediasında:
26 fevral 1992 ci ildə rus ordusunun birləşmiş qüvvələriylə ermənilərin Xocalıda qətlə yetirdiyi 612 türk Azərbaycandan Krıma, Qazaxıstandan Qarsa qədər mərasimlərlə anıldığı vurğulanır. Məlumata görə, bu cümlələr bugünkü Türkiyə mediasında Xocalı soyqrımı ilə bağlı dərc olunan məqalələrlə göstərilib. 

Misir mediasında: 

Facebook-da tələbələr "Dərsə Getmirəm" dedi!



Aksiyanın fotosu: www.facebook.com
27 Fevral-Azərbaycan tələbələrinin boykot günüdür. Boykot Facebookda “event” (tədbir) şəklində təşkil olunub. Facebookda bu tədbir fevral ayının 17-də yaradılıb. Təşkilatçılar həmin gün tələbələri dərsə getməməyə çağırıb. Məqsəd Azərbaycanın təhsil sistemindəki nöqsanları ictimaiyyətə çatdırmaq və buna etiraz etməkdir. Təşkilatçılar Facebookda özlerini Su Münzevi, Saygin RustamDec Cal kimi təqdim edən üç nəfərdir. Onlar hesab edirlər ki, Azərbaycanda təhsildə tətbiq olunan Boloniya sistemi özünü doğrultmur. Və düşünürlər ki, buna qarşı dinc etiraz forması daha düzgündür. Bununla yanaşı təhsil müəssələrindəki haqsızlıq, rüşvətxorluq və.s. məsələlər də etiraza səbəb kimi göstərilir. Facebook səhifəsində olan son göstəricilərə görə tədbirə 29.559 nəfər dəvət olunub. Və bunlardan yalnız 3.322 adam iştirak edəcəyini təsdiqləyib. Tədbiri təşkil edənlərdən biri Saygın Rüstəm boykot barədə: