![]() |
| www.google.com |
İnternet-in bütün WWW serverlərində informasiya axtarışı çox da asan məsələ deyildir. Bunun üçün aşağıdakı əsas yanaşmalardan istifadə edilir:
Web-indekslərin yaradılması. Bu yanaşmada avtomatik olaraq informasiyanın yığılması, baxış və indeksləşdirilməsi xüsusi axtarış proqramları (robotlar) vasitəsilə həyata keçirilir. Bu proqramlara misal olaraq, Alta Vista, HotBot, həmçinin Open Text (open.text.com) proqramlarını göstərmək olar. Bu cür axtarış sistemlərinin müsbət cəhətləri onların böyük verilənlər bazasına malik olması və sorğuların emalının yüksək sürətli olmasıdır.Mənfi cəhəti isə informasya emalının aşağı keyfiyyətdə olmasıdır.
