Showing posts with label Turkiye. Show all posts
Showing posts with label Turkiye. Show all posts

27/02/2013

Sosial mediada gender problemləri

Foto mənbə: www.halkinhabercisi.com
Bütün dünya səviyyəsində də qadına göstərilən qayğı, yetəri qədər deyil. Dünyadakı ən yoxsul insanların böyük bir qismi qadınlardır. Hər hansı bir təhsil almamış insanların da böyük əksəriyyətini qadınlar təşkil edir.

Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir.
Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı.
Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , ölkəmizdə və inkişaf etməkdə olan digər ölkələrdə qadın hüquqlarına münasibət istənilən səviyyədə deyil.