Showing posts with label Karvan ticarət mərkəzi. Show all posts
Showing posts with label Karvan ticarət mərkəzi. Show all posts

05/11/2013

“İnsana ən pis təsir edən, gözünün qabağında malların yanır, sən heç nə edə bilmirsən”


Sumqayıtda Karvan Ticarət Mərkəzində olan yanğından zərərçəkmişlərlə söhbət.

Google Image
Azərbaycan Respuplikası Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Kavan ticarət mərkəzəin yanması sakinler arasında suallar doğurdu. Məsələyə aydınlıq gətimək üçün hadisə şahidlərinin bəziləri ilə görüşdük. Sakinlərin dediklərindən məlum oldu ki çyanğın ticarət mərkəzinin ikinci mərtəbəsində saat 19:30 radelerinde başlamış və tez bir zamanda 3.cü mərtəbəyə qədər qalxmışdır. Hadisə yerinə 30-a yaxın yanğın söndürən maşını gəlməsinə baxmayaraq yanğının qarşısını almaq mümkün olmamış və yanğın ticarət mərkəzini yarasız hala salmışdır.

“Qoyduqum bütün pullar bir gecənin içində yandı”

Karvan Ticarət mərkəzində satıcı işləyən Oruc Namzaov başına gələnlər haqqında bizə danışdı. Bankdan kredit götürüb bu işə qoşulduğunu və bütün varını-yoxunu bura qoyduğunu deyən Namazov rəhbərlik trəfindən onlara təzminat verilməsini tələb edir. 
“Mən ilk dəfə bura gələndə icarəyə götürdüyüm obyekti sığortalamaq istəsəmdə buna ehtiyac olmadığı və heç kimin bu cür addım atmadığı söylənildi. Belə bir söz var. Palaza bürün elnən sürün deyiblər.  Məndə palaza bürünüb elnən srünmək istədim amma nə biləydim ki sonunda başıma belə bir iş gələcək”
Onlara təzminat veriləcəyinə he bir ümidi olmadığını bildirən zərər çəkən şəxs tək ümidlərinin allaha qaldığını deyir. “Hadisədən sonra Ağamirzə Əhmədov (ticarət mərkəzinin sahibi) hər kəsə təzminat ödəniləcəyini bildirdi. Burada isə obyekti yanan yalnızca mən deyiləm. Elə təkcə mənə 30 min manat dəyərində zərər dəyib və mənim halımda olan yüzlərlə insan var. Və bu qədər insana bu qədər məbləğdə təzminat ödəniləcəyinə inana bilmirəm”.   
“İçəri birtəhər daxil ola bilsək də mallarımızdan çöp belə götürə bilmədik. İnsana ən pis təsir edən, gözünün qabağında malların yanır, sən heç nə edə bilmirsən Hamsı yandı-küll oldu”- obyekt sahibi Oruc Namazov təəssüflə bildirdi.


Hadisənin canlı şahidlərindən olan Nigar Hüseynoava qeyd edir ki, yanğın o qədər güclü olub  ki, evləri ticarət mərkəzinə yaxın olduğu üçün tüstü və hiss basıb.

Yerli sakinlərlə söhbət zamanı deyilənlərdən məlum oldu ki, yanğının gec söndürülməsinə səbəb isə yanğınsöndürənlərin  ticarət mərkəzinə daxil ola bilməmələri olub. Onlar xeyli vaxtdan sonra girişi tapıblar.

Hazırladı:
Məltəm Talıbzadə
Toğrul Məmmədli
Nigar Hüseynova
Ömər Xıdırov